Dənəvər istiotun kefiyyətinin və təzəliyini su vasitəsilə yoxlamaq olar. Standarta görə dənələrin diametri 3-5 sm arasında olmalıdır. Dənəvər istiotun üzərinə otaq tempuraturunda su əlavə edin, Suyun üst təbəqəsində qalan istiot dənəcikləri köhnədir və icindəki istiot tozunun miqdarı azdır. Təzə istiot və icində çox miqdarda istiot tozu olan dənəciklər suyun dibinə cökəcəkdir. Dənəciklərin çoxu suyun dibinə çökərsə kefiyyətli və təzə dənəvər istiot almışsınızdır deməkdir.
Pul bibərin kefiyyətin necə bilmək olar ?Həqiqi pul bibiər, qurudulmuş acı bibərdən hazırlanır. Həqiqi pul bibiəri suya atsanız rəngi cıxmaz və əgər pul bibərin rəngi suya cıxarsa ədviyyata boya vuruluğu deməkdir. Hətta taxta qırıntılarına kimyəvi boya və dad əlavələri edərək saxta pul bibər hazırlayırlar.
Sarıkökün həqiqiliyin necə bilmək olar ?Sarıkökə yad maddələr un, nişasta, təbaşir, süni rəngləndirici qatıla bilər. 1 qaşıq sarıkökü isti suya əlavə edin əgər məhlulda xəmirə oxşar maddələr yaranarsa bu həqiqi sarıkök deyildir Həqiqi sarıkök suda tamamilə həll olunur.
Həqiqi zəncəfili necə təyin etmək olar ?Zəncəfilə yad maddələr un, nişasta, təbaşir, süni rəngləndirici qatıla bilər. 1 qaşıq zəncəfil isti suya əlavə edin əgər məhlulda xəmirə oxşar maddələr yaranarsa deməli ədviyyata yad maddələr qoşulmuşdur.
Mixəyin təzəliyini necə yoxlamaq olar?Kefiyyətli mixək tumurcuqları gövdəsinədən aciq rəngdə olur. Əzildiyi yerdə yağlı təbəqə izi olur. Köhnə mixək dənələri su üzüdə üfüqü istiqamətdə dayanacaqdır. Təzə mixək dənələri isə suyun üzündə şaquli istiqamətdə dayanacaqdır.
Həqiqi zəfəran necə olmalıdır?Zəfəran çox bahalı ədviyyat olduğu üçün onun saxdalışdırması geniş yayılmışdır. Bəzən zəfəran yerinə qurudularaq zəfəran kimi doğranılmış qızmızı çuğundurda satıla bilər. Əsil yüksək kefiyyətli zəfəran tünd qırmızı rəngdə olmalıdır və rəngi dəyişməməlidir. Həqiqi zəfəran su və kabartma tozu ilə olan qarışımı sarıya çevirməlidir. Qarışım açıq qırmızı rəngdə olarsa, deməli zəfəran həqiqi deyildir.
Sumağın kefiyyəti.Sumaq, ən çox saxtalaşdırılan ədviyyatlardandır. Əsl sumaq, sumaq ağacı meyvəsindən alınaraq hazırlanır. Əsl sumağın rəngi tünd qırmızıdır və onun hissəcikləri, saxlandığı qabın divarına yapışır. Lakin mərcimək və nar qabıqlarını üyüdüldükdən sonra, kimyəvi üsulla boyanaraq və limon duzu da qatılaraq, saxta sumaq hazırlana bilər. Qaynar su ilə təmas zamanı, saxta sumaq hissəciklərinin rəngi ağarmağa başlayacaq.
Həqiqi qara istiot necə təyin edilir ?Üyüdülmüş qara istiot yad maddələr (soya unu, nişasta, suni rəngləndirici) qatıla bilər !!! Həqiqi qara istiot necə təyin edilir ? 1 qaşıq qara istiotu təzə qaynamış suya atın: Suyu üst təbəqəsində qalan maddələr qara istiot deyil, yad qatqı maddələridir. Yad maddələri olan məhlulun rəngi tündləşəcək. Həqiqi istiot dənəcikləri suyun dibinə çökəcəkdir. Əsl istiot dənəcikləri suyun rəngimi çox cüzi dəyişəcək və məhlul açıq rəngli qalacaq.
Həqiqi qırmızı bibərin necə olmalıdır?Su ilə qarışan həqiqi qırmızı bibər, palçıq kimi olmamalıdır! Həqiqi qırmızı bibər, qurudulmuş qızmızı acı bibərdən hazırlanır. Həqiqi qırmızı bibəri suya atsanız, rəngi çıxmaz. Əgər qırmızı bibiərin rəngi suya çıxrasa, ədviyyata boya vurulduğu deməkdir.
Üyüdülmüş razyananı tanımaq.Kefiyyətli razyananı qoxusundan tanımaq olur. Onun özünə məxsus qoxusu vardır. Bəzən tərkibinə müxtəlif ağac qabıqlarının tozu qatılaraq rəngləndirici istifadə edilə bilər.
Əsil darçın necə olmalıdır ?Əsl darçın təbbi burulmuş ağac formasında olmalı, əlin yüngül hərəkəti ilə sınmalıdır. Dadını isə 1 tikə darçın çubu]unu çeynəməklə müəyyən olunur. Dadı şirintəhər olmalıdır. Saxta daçın bərk olur və dadı acı olur
Əsil üyüdülmüş hil necə olmalıdır ?Əsl üyüdülmüş hildə, qəhvəyi və azacıq yaşılımtıl rənglər olmalıdır. Üyüdülmüş hildə yaşıl rəngin qabarıq üzə çıxması, ədviyyata boya vuruduğunun əlamətidiri. Üyüdülmüş hildə sarımtıl rəngin olması isə doğru qurudulmamasının əlamətidir.
Əgər sualınıza cavab tapmasanız - bizə müraciət edin, məmnuniyyətlə cavab verəcəyik.