Ət otu

Ət otu

Ədviyyatların faydaları

Ətotu, başqa adı ilə rozmarin bitkisi sağlamlığın dostudur. Bu bitki qaraciyərdəki yağları kontrol edir, qəbizliyi aradan qaldırar. Bu ətirli bitki həm də sidikqovucudur. Ona görə də böyrəklərə müsbət təsir göstərir. Revmatizm xəstəliyinin qarşısını alır. Əgər revmatizm xəstəliyindən əziyyət çəkirsinizsə, üzərində gülü olan rozmarin budağını bir litr suya atın və əlinizi və ayaqlarınızı bu suya salın. Mütəxəssislərin nəzərinə görə ətotu bitkisi əsəbləri sakitləşdirir, yuxusuzluğu və stressi aradan qaldırır. Qədim yunanlılar yaddaşlarını gücləndirmək üçün bu bitkidən istifadə edirdilər. Ətotu çayı həmçinin saçların uzanmasına və gurlaşmasına yardım edir. Yaraların sağalması üçün ətotunun qurudulmuş halından istifadə olunur. Belə ki, bitki qurudulduqdan sonra ovulur və əmələ gələn toz pudrası yaranın üzərinə səpilir. Bu pudradan daha çox yüngül yaralar üçün istifadə edilir.

Рекомендуем почитать

Mixək - mixək ağacının qurudulmuş qönçələridir. 10-15 metr hündürlüyündə hamargövdəli..

Qədimdə bu ot möcüzəli sayılırdı. Belə hesab olunurdu ki, kəklikotu insanın ruhunu möhkəmləndirir, "qara..

Vaxtilə qədim Ellada torpağında Olimpiya oyunları zamanı qalib idmançılar dəfnə yarpaqlarından hörülmüş..