Hilbə

Hilbə

Ədviyyatların faydaları

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Hilba toxumu bədənin sağlamlığına faydası olan və bir çox xəstəliklərin müalicəsində istifadə olunan bitkilərdəndir. Hilba bitkisinin hündürlüyü 20-60 sm arası dəyişir. Müalicə zamanı istifadə olunan isə bitkinin solğun sarı (və ya solğun tünd sarı) rəngli toxumlarıdır. Hilbanın əsil vətəni isə Şimali Afrika və Aralıq dənizi sahilləri ərazisidir. Bu bitki həm qida, həm də dərman kimi istifadə olunur.

Ərəblərdə hilba barəsində həkimlərə isnad olunan məşhur deyim var: «Əgər insanlar hilbada olan faydanı bilsəydilər, onu öz çəkisi mislində qızıl qiymətinə satın alardılar.» Hilba haqqında Məhəmməd Peyğəmbərə (Allahın Ona və ailəsinə salavatı və salamı olsun) isnad olunan, lakin isnadı zəif olan iki hədis də vardır. Bunlardan biri Səd ibn Əbi Vaqqasdan rəvayət olunanı İbn Qeyyimin «Tibbun-Nəbəvi» kitabında qeyd olunmuşdur. Digər hədis isə Qasim ibn Abdur-Rəhmandan rəvayət olunur.

İSTİFADƏ QAYDASI:

Suda qaynadılma və başqa yollarla istifadə olunur. Suda qaynadılıb çay əvəzi də içilə bilər. Həmçinin, toxumu əzilib balla qatışdırıla bilər və ya hətta sulu (şorbalara) yeməklərə də qatıla bilər. Toxumunu əzib bəzi şirniyyatlara da qatmaqla qəbul etmək olar. Həmçinin, əzilmədən suyu içilə bilər, geridə qalan toxum yaş olduğundan dolayı yumşaldığı üçün yeyilə bilər. Hətta qida kimi qəbul etmək istədikdə bu bitkini qarabaşaq toxumunun bişirilmə qaydası ilə bişirib yemək də mümkündür.

FAYDALARI:

Bir çox qadın xəstəliklərinə faydalıdır ki, bu barədə çox yazıb məqaləni uzatmaq istəmədik. Lakin, həkimlər hamilə qadınlara hilbanın istifadəsini məsləhət görmürlər. Çünki, bu uşağın vaxtından əvvəl doğulmasına və s. hallara səbəb ola bilər.
Şəkər xəstələrinə (qanda) şəkərin yüksək miqdarının azaldılmasına yardım edir.

• Hilba qanda xolestrolun yüksəkliyinə qarşı faydalıdır.

• Dəri yanıqlarının müalicəsində və yanığın ağrısının yüngülləşdirilməsində yanıq yeri üzərinə qoyulmaqla istidadə olunur.

• Dərinin təmizlənməsində də hilbanın suyundan istifadə olunur.

• Bədəni kök və piyli olan insanların piylərdən azad edilməsində faydalıdır.

• İshal halında olanlara əsil dəvadır.

• Subaşına çıxmaqda çətinlik çəkənlərə də hilba toxumunu qaynadıb suyunu içmək çox faydalıdır.

• Bir çox mədə iltihablarının qarşısını alır.

• Kəskin və quru öskürəyin müalicəsində çox faydalıdır. Bu da hilbanın əsas və bilinən faydalarından biridir.

• Süd əmizdirən qadınlarda südü artırıran vasitə kimi ərəb təbabətində çox məşhurdur və bu sahədəki faydası bu bitkinin ən çox bilinən faydalarındandır.

• Tənəffüs yollarına xeyirlidir, nəfəs gərginliyini aradan qaldırır, astmanı sakitləşdirir.

• İştahanı artırır.

• Qəbizliyə qarşı faydalıdır, mədəni boşaltma funksiyasını yerinə yetirir.

• Qan azlığına faydalıdır.

• Mənbələrdə cinsi zəifliyə də faydalı olduğu qeyd olunmuşdur.

• Babasilin müalicəsində istifadə olunur.

• Qadınlarda adət pozuntularının qarşısını alınçası üçün həkimlər tərəfindən tövsiyyə olunur.

Рекомендуем почитать

Mixək - mixək ağacının qurudulmuş qönçələridir. 10-15 metr hündürlüyündə hamargövdəli..

Qədimdə bu ot möcüzəli sayılırdı. Belə hesab olunurdu ki, kəklikotu insanın ruhunu möhkəmləndirir, "qara..

Vaxtilə qədim Ellada torpağında Olimpiya oyunları zamanı qalib idmançılar dəfnə yarpaqlarından hörülmüş..