Limon duzu

Limon duzu

Ədviyyatların faydaları

Təbii antbiotik sayılan limonun faydaları çoxdur. Limon duzu kimi tanıdğımızın ərzağın da faydası ən az limon qədərdir. Lakin düzgün istifadə edilərsə...

Limon duzunun istifadə qaydaları, faydası və zərərləri nələrdir?

Limon duzu haralarda istifadə edilir?

E330 kimi tanınan sitrik turşu, yəni limon duzu maddəsi bir çox fərqli hazır məhsulun tərkibində istifadə edilir. Qida sektorunda bəzi şirniyyat növlərinin istehsalında, dərmanlarə və bəzi hazır içki növlərinə dad vermək məqsədilə tərkibinə qatılır. Limon duzu, mətbəxdə salatların və xörəklərin tərkibində istifadə edilir. Hətta zeytun turşusunda, turşular və mürəbbə hazırlanmasında da əvəzsizdir.
Limon duzu yalnız qidaların deyil, evdarlıqda da təsirli olan bir maddədir. Ərp tutmuş çaydan, kettle (su qızdırıcı), qazan kimi mətbəx ləvazimatları üçün daha təbii bir ərp təmizləyici olaraq istifadə edilir. O həm də qabyuyan maşınlar üçün təsirli vasitədir.

Limon duzunun faydaları nələrdir?

Bağırsaqların təmizlənməsini təmin edir.
Qaraciyər və böyrək fəaliyyətlərinə müsbət istiqamətdə təsir göstərir.
Tərkibindəki C vitamini və antioksidantlar ilə orqanizmi qidalandırır.
İmmunitet sisteminin güclənməsində təsirlidir.
Böyrəkdə və öd kisəsində olan daşların düşməsinə köməkçi olur.

Limon duzunun zərərləri nələrdir?

Limon duzu, kimyəvi yollarla əldə edilən bir maddə olduğu üçün tamamilə zərərli olduğu düşünülür. Onu çox istifadə etdikdə mədə problemlərini artırır, birbaşa istifadə etdikdə ağız və boğazda yaralar əmələ gəlməsinə səbəb olur. İsti su ilə reaksiyaya girərsə, allergik halların ortaya çıxmasına səbəb olur

Рекомендуем почитать

Mixək - mixək ağacının qurudulmuş qönçələridir. 10-15 metr hündürlüyündə hamargövdəli..

Qədimdə bu ot möcüzəli sayılırdı. Belə hesab olunurdu ki, kəklikotu insanın ruhunu möhkəmləndirir, "qara..

Vaxtilə qədim Ellada torpağında Olimpiya oyunları zamanı qalib idmançılar dəfnə yarpaqlarından hörülmüş..