Soyuqdəyməyə çarə

Soyuqdəyməyə çarə

Sağlamlıq

Zökəm və yaxud qrip zamanı istifadə olunan bir çox vasitələr var. Bu resept də faydalı reseptlərdəndir, çünki qeyd olunan bütün bitkilər bədəni tərlədir, yumşaldır, qanı duruldur və sakitləşdirici bir təsir göstərir.

  • Məkkəgülü (hibiskus) – 30 qram
  • Cökə – 100 qram
  • Kəklikotu – 50 qram
  • Nanə – 30 qram
  • Ballı nanə (melissa) – 30 qram

Tərkib hissələrini bir-birinə qarışdırın, sonra 3 xörək qaşığı 6 stəkan su tutan çaynikdə dəmləyin, zoğal və yaxud moruq mürəbbəsi ilə için. Tövsiyə edirəm ki, bədən tərləyincə, hətta gün ərzində 6-8 stəkana qədər içəsiniz. Çayın çox gözəl dadı var. Bu qarışımı xoşladığınız başqa çaylara məsэlən yaşıl və ya qara çaya da qarışdırıb içə bilərsiniz.

Рекомендуем почитать

Günümüzdə yaxşı, balanslı və sağlam qidalanma dedikdə ağla gələn ilk həqiqətlərdən biri son zamanlar məşhur olan..

Unutqanlıq hər yaşda baş verə bilər. Bunun üçün unutqanlığa qarşı bəzi əsas sağlamlıq vərdişləri..

Üzüm tumunu zibilə atmayın! Çünki üzüm tumunun insan sağlamlığına inanılmaz faydaları var.  Orijinal..