Alma sirkəsinin faydaları

Alma sirkəsinin faydaları

Faydalı məsləhətlər

Sirkələrdən tərkibinə görə ən yaxşısı alma sirkəsidir.

Qandakı şəkər və insulin miqdarını normada saxlamaq üçün gündə 1 xörək qaşığı sirkəni 1 stəkan suya qarışdırıb içmək lazımdır, amma mədə problemi olanlar ondan istifadə etməməlidir. Və ya 1 çay qaşığı sirkə 1 stəkan suya qarışdırıb yeməkdən sonra gündə 2-3 dəfə istifadə edilə bilər.

Saçlardakı kəpəyi, saç diblərindəki qaşıntı və səpgiləri götürmək üçün 2 xörək qaşığı sirkəni 1 stəkan su ilə qarışdırın və saçları yuyanandan sonra diblərini həmin məhlulla isladın.

Alma sirkəsi ilə göbələk olan yerlər gündə iki dəfə silinsə, göbələk xəstəliyindən azad olarsınız.

1 xörək qaşığı alma sir-kəsinin 1 stəkan su ilə qarışımı həm yüksək xolesterini aşağı salır, həm də arıqlamaq üçün yaxşı vasitədir. Bu qarışım iştahanı azaldır. Qarın yağlarını əritmək üçün bu nisbət gündə 1 stəkan olmaqla 3 ay içilməlidir.

Alma sirkəsi dərinin pH-nı normal saxlamaq üçün əla vasitədir, ona görə də üz səp-gilərində, günəş ləkələrində, diatezlərdə su ilə bərabər nis-bətdə qarışdırılmış alma sir-kəsinə pambıq batırılıb gündə iki dəfə silinir.

Tənzifi alma sirkəsində isladıb və varikozlu ayaqlara bağlayıb gündə bir dəfə 1 saat bədən səviyyəsindən hündürdə saxlasanız çıxmış damarlarınız yavaş-yavaş düzələr.

 

Рекомендуем почитать

Bəzi şirniyyatlarda (məsəl üçün, şəkərbura və paxlavada) qabığı soyulmuş və üyüdülmüş badam..

Azərbaycan mətbəxində zəfərandan yeməklərə gözəl ətir və rəng qatmaq üşün geniş istifadə olunur. Zəfəran..

İsti bir yay günündə kölgədə oturub təravətləndirici ev limonadını  yudumlamaqdan daha yaxşı nə ola bilər?..