Talk pudrasının zərərləri və Ud hindi külünün faydaları

Talk pudrasının zərərləri və Ud hindi külünün faydaları

Faydalı məsləhətlər

Talk pudrası (prisipka)

Talk pudrası yəni prisipka kimi tanıdığımız  pudranı uşaqların ayaqarası pişməcələrində həmdə  böyük adamların daha çox ayaq aralarında pişməcələrində və qaşınmalarında istifadə olunur. Amma son vaxtlar pudranın ziyanları barəsində minlərlə məhkəmə şikayətləri əsasında  aparılmış elmi ekspertizalar pudranın tərkibində xərçəng xəstəliyinə səbəb ola bilən azbest maddəsinin olduğunu sübut etmişlər. Pudralardan daima istifadə edənlərdə nəinki qaşınmaların qarşısı alınmış hətta dərini qıcıqlandıraraq gələcəkdə allergiya səbəb ola biləcəyi aydınlaşmışdır. 

Ud hindi külü

Həm uşaqlarda həmdə böyüklərdə ayaqaarası qoltuqaltı və ümumiyyətlə qaşınmalar zamanı ud hindi külündən istifadə edə bilərsiniz. Hazırlanması çox sadədir. Ud hindi kökləri  tam qurudulur və yandırılır çalışın tüstüləyərək yandırılsın yanıb qurtardıqdan sonra külünü ağzı kip bağlanıla bilən şüşə qaba yığıb saxlayın.  Ud hindinin tüstüsünün də faydaları vardır beləki ud  hindi tüstüsü otağı dezinfeksiya edir yolxucu xəstəliklər zamanı ud hindi tüstüsü otaqda infeksiyanın yayılmasının qarşısını alır. Ud hindi külü  dəriyə olduqca rahat çəkilir  çəkən kimi 1-2 saat müddətində təsirini göstərməyə başlayır. Ud hindi külü nəinki allergendir əksinə bütün allergik xəstəliklərdə hətta sifətdə sızanaq və sivilcələrin üstünədə çəkə bilərsiniz. 

Рекомендуем почитать

Bəzi şirniyyatlarda (məsəl üçün, şəkərbura və paxlavada) qabığı soyulmuş və üyüdülmüş badam..

Azərbaycan mətbəxində zəfərandan yeməklərə gözəl ətir və rəng qatmaq üşün geniş istifadə olunur. Zəfəran..

İsti bir yay günündə kölgədə oturub təravətləndirici ev limonadını  yudumlamaqdan daha yaxşı nə ola bilər?..