Beşamel Sousu

Beşamel Sousu

TƏRKİBİ

    50 qr kərə yağı

    50 qr un

    500 ml süd\

    zövqə görə 1 çimdik üyüdülmüş muskat qozu

    duz

    istiot

Beşamel sousu dünya mətbəxinin ən sevilən və əvəzolunmaz sousları arasındadır. Fransız mətbəxindən gələn Beşamel (béchamel) ət yeməklərində, tərəvəz yeməklərində ləzzət verməsi məqsədiylə istifadə edilir.

Hazırlanma qaydası:

İlk öncə kərə yağını balaca qazançaya töküb orta ocaqda əridin. Üzərinə un əlavə edib yaxşıca qarışdırın. Südü də əlavə edib topaqlanmaması üçün dayanmadan qarışdırıb qaynadın. Duz töküb qapağı bağlı arabir qarışdıraraq təxminən 20 dəqiqə qatılaşanadək bişirin. Ocaqdan götürüb üzərinə muskat qozunun tozunu səpin. Sous hazırdır!

Resepti bəyənirsən? Bunu dostlarınızla bölüşün!

Oxşar reseptlər



581