Şokoladlı Bananlı Keks

Şokoladlı Bananlı Keks

TƏRKİBİ

    1 3/4 stəkan (245 q) un
    1/4 stəkan (30 q) tünd kakao tozu
    1 stəkan (250 q) şəkər tozu
    1/2 çay qaşığı soda
    1/4 çay qaşığı duz
    bir çimdik vanil tozu
    3 yetişmiş banan (təxminən 454 qram), yaxşıca əzilmiş (təxminən  1  1/2 stəkan banan püresi əldə edəcəksiniz)
    2 böyük yumurta, yüngülvari mikserlə və ya qaşıqla çalınmış
    1/2 stəkan (120 q) qazın üzərində və ya mikrodalğalı sobada əridilmiş (bildiyiniz ərinmiş yağ deyil) və soyudulmuş kərə yağı
    1/2 stəkan (55 q) xırda (noxud boyda) doğranmış qoz
    1/2 stəkan (85 q) xırda (noxud boyda) doğranmiş tünd plitka şokolad

1. Sobanı 180˚C-dək qızdırın.

2.  23 X 13 X 8  santimetr ölçüləri olan keks formasının dibini və kənarlarını azacıq yağlayın.

3. Böyük bir qabda un, kakao tozu, şəkər tozu, baking powder (bax: qeyd), soda, duz və vanil tozunu qaşıqla qarışdırın.

4. Başqa qabda əzilmiş banan, yumurta və yağı qaşıqla qarışdırın. Sonra isə bananlı qarışığı unlu qarışığa əlavə edib qarışdırın. Əldə etdiyiniz kütlə nə çox qatı, nə də ki çox duru olmalıdır. Şəkildə gördüyünüz kimi.  Buna qoz və şokoladı da əlavə edib qaşıqla qarışdırın.

5. Alınan kütləni yağlanmış keks formasına tökün. Sobanın orta yerində 55-60 dəqiqə ərzində bişirin. Keksin hazır olub olmamasını yoxlamaq üçün içərisinə kibrit batırıb çıxardın – çıxan kibritə xəmir yapışmayıbsa¸ tortunuz hazırdır. Keks öz formasında bir qədər soyuduqdan sonra, onu formadan çıxardın. İstəyən  keksin üzərinə şəkər nişastası səpə və yaxud da shokoladlı qlazur yaya bilər. Bu keks isti-isti də çox ləzzətli olur. 

Nuş Olsun!

Resepti bəyənirsən? Bunu dostlarınızla bölüşün!

Oxşar reseptlər



670